İran Hörmüzə görə cəzalandırıldı
Facebook
Вконтакте
Одноклассники
Google+

Avropa Birliyi Hörmüz boğazında gəmiçilik azadlığını təhdid edən fəaliyyətlərə görə İrana əlavə sanksiyalar tətbiq edib.
Telexeber.az xəbər verir ki, bu barədə Avropa Birliyi Şurası bəyanat yayıb. Bəyanatda bildirilir ki, İranın Yaxın Şərqdə gəmiçilik azadlığını təhdid edən hərəkətləri və siyasəti səbəbindən İran İnqilab Keşikçiləri Korpusunun bir bölməsi və iki şəxs sanksiyalar siyahısına əlavə edilib. Qeyd olunur ki, bu addımlar beynəlxalq hüququ pozur.
Açıqlamada İran İnqilab Keşikçiləri Korpusunun Hörmüz boğazına nəzarət etdiyi, gəmilərin keçidi üçün ödəniş sistemi tətbiq etdiyi vurğulanıb. Bildirilib ki, bu sistem boğazdan keçən gəmilər haqqında, o cümlədən onların mənsubiyyəti, daşıdığı yük və təyinat məntəqəsi ilə bağlı məlumatların təqdim edilməsini nəzərdə tutur. Həmçinin bəzi gəmilərin yalnız müəyyən ödəniş edildikdən sonra boğazdan keçməsinə icazə verildiyi qeyd olunub.