Türkiyədə deputatın oğlu narkotikə görə həbs olundu

İstanbul Baş Prokurorluğu tərəfindən tanınmış şəxslərə qarşı həyata keçirilən genişmiqyaslı narkotik əməliyyatı çərçivəsində növbəti həbs qərarı verilib.

Telexeber.az Türkiyə mediasına istinadla xəbər verir ki, istintaq çərçivəsində müxalif CHP-dən olan millət vəkili Adnan Bekerin oğlu Oğuzhan Beker barəsində hüquq-mühafizə orqanları tərəfindən saxlanılma qərarı çıxarılıb.
Qeyd edək ki, narkotik maddələrin qanunsuz dövriyyəsi və istifadəsi ittihamı ilə başladılan bu proses cəmiyyətdə və mediada geniş əks-səda doğurub.
Популярный ролик