DİN-dən narkotikə görə saxlanılanların azadlığa buraxılması iddiasına cavab – VİDEO
- 30.08.2021, 15:03,
- Gündəm / Video
Facebook
Вконтакте
Одноклассники
Google+
Cinayət Məcəlləsinin 234-cü maddəsinə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) əsasən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılarkən barəsində polis orqanlarında müvafiq araşdırmalar aparılır. Əgər həmin şəxsin əməlində hansısa formada şəxsi istehlak miqdarından artıq narkotik, yəni satış məqsədi olmasa, barəsində 234-cü maddəsinə uyğun olaraq, digər qəti imkan tədbirləri görülür.
Telexeber.az xəbər verir ki, bunu ARB24-ün “Gündəm” verilişinə DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev narkotikə görə saxlanılan şəxslərin azadlığa buraxılması ilə bağlı yayılan iddialar barədə danışarkən deyib.
E. Hacıyev bildirib ki, bu şəxslər barəsində o zaman həbs qətimkan tədbiri seçilir ki, onun əvvəllər narkotik vasitələrə və Cinayət Məcəlləsinin digər cinayət hüquq normalarına görə məhkumluğu olub. Lakin bütün hallarda narkotik vasitələrin satışını həyata keçirən şəxslər birmənalı şəkildə həbs olunur. Satış yoxdursa və istifadə üçün üzərində narkotik gəzdirirsə, digər qətimkan tədbirləri seçilir. Yəni barəsində polis nəzarətində olma, yaşayış yerini tərk etməmək barədə iltizam tədbiri görülür. Bəzən onlar cəmiyyətdə fikir yaradırlar ki, polis saxlasa da, əməlləri təsdiq olunmadı deyə azadlığa buraxılırlar. Bu, belə deyil, əsassızdır. Həmin şəxslər barəsində aparılan cinayət hüquq icraatını gizlədirlər. Onların üzərinə yaşadıqları yeri tərk etməməsi ilə əlaqədar 24 saat nəzarət qoyulur. Əgər həmin şəxs növbəti dəfə bu təhlükəli əməli törədərsə barəsində digər ağır cinayət işi üzrə icraat tədbirləri həyata keçirilir”.