Trampın təhdidlərindən sonra İran heyəti danışıqları tərk etdi
Facebook
Вконтакте
Одноклассники
Google+

ABŞ ilə İran arasında iyunun 18-də imzalanan memorandumdan sonra diqqətlər İsveçrədə keçirilən kritik danışıqlara yönəlib.
Telexeber.az xəbər verir ki, müzakirələr davam edərkən ABŞ Prezidenti Donald Trump İrana qarşı sərt bəyanatlar səsləndirib.
Məlumata görə, Tramp bir daha Tehranı hədələyərək Vaşinqtonun mövqeyinin dəyişmədiyini vurğulayıb. Bunun ardınca İran parlamentinin sədri Mohammad Bagher Ghalibaf ABŞ prezidentinin açıqlamalarına sərt reaksiya verib.
İran mətbuatının yaydığı xəbərlərə əsasən, Trampın təhdid xarakterli bəyanatlarından sonra İran nümayəndə heyəti danışıqların keçirildiyi məkanı tərk edib.