"Ailə, uşaq olmayandan sonra pul nəyə lazımdır?" - Deputat
- 22.06.2026, 10:07,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

"Azərbaycanda ailə institutu sürətlə sıradan çıxır. Yaxın vaxtlarda ölkədə boşanmaların sayının 80 faizə çatacağına şübhə etmirəm".
Telexeber.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Millət vəkili Mediatürk TV-yə açıqlamasında gənclərin çoxunun niyə evləndiyini dərk etmədiyini bildirib: "Bir hakim dostum var. Deyir ki, dünən evlənən cütlük toy gününün səhəri boşanmaq üçün ona müraciət edib. Çox acınacaqlı mənzərədir. Bu gün toy edirlər, axşam yatıb sabah qalxanda boşanmağa qərar verirlər. Gənclərin çoxu evlənmək istəmir. Evlənənlər də uşaq istəmir. Ailə, uşaq olmayandan sonra pul nəyə lazımdır?"
Ceyhun Məmmədov cəmiyyətdə biganəliyin hökm sürdüyünü bildirib. Onun sözlərinə gorə, Azərbaycan xalqı uçuruma doğru gedən, amma bunun fərqində olmayan adam təsiri bağışlayır: "Təəssüf ki, ziyalıların çoxu bu problemlər barədə danışmaq istəmir. Hamı öz həyatını yaşayır".