Tacikistanda toylarla bağlı qərar verildi: 30-40 nəfərdən çox olmamalıdır
Facebook
Вконтакте
Одноклассники
Google+
Tacikistanda koronavirus səbəbindən toylar üçün yeni qaydalar tətbiq ediləcək.
Telexeber.az xəbər verir ki, ölkənin Dini İşlər Komitəsindən verilən məlumata görə, koronavirusun yayılmasının qarşısını almaq üçün Tacikistan Hökumətinin iclasının protokol təlimatları əsasında sabahdan etibarən toylar minimum sayda qonaqların iştirakı ilə ailələr arasında keçiriləcək.
İyulun 27-də tətbiq ediləcək yeni prosedura uyğun olaraq, toy mərasimində iştirak edənlərin maksimum sayı 30-40 nəfərdən çox olmamalıdır Bu qayda ölkədə koronavirusa yoluxma səviyyəsi sabitləşənə qədər qüvvədə olacaq.
Qeyd edək ki, Tacikistanda toylar koronavirus pandemiyası səbəbindən aprelin sonundan etibarən dayandırılıb. (Publika.az)