MAQATE müfəttişləri İranda yoxlama aparacaq - Tramp

ABŞ Prezidenti Donald Tramp Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) müfəttişlərinin İranda fəaliyyət göstərəcəyini açıqlayıb.

Telexeber.az xarici mediaya istinadən xəbər verir ki, Pensilvaniya ştatına səfəri zamanı jurnalistlərin suallarını cavablandıran Tramp MAQATE müfəttişlərinin İrana göndərilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
O, müfəttişlərin İrana səfərinin ABŞ-İran razılaşmasının tərkib hissəsi olub-olmaması ilə bağlı suala cavabında, “Yazılanlar doğru deyil. Yüz faiz yoxlama olacaq”, - deyə bildirib.

Tramp müfəttişlərin İrana gedəcəyini təsdiqləsə də, bunun üçün tələsməyə ehtiyac olmadığını vurğulayıb: “Onlar uyğun vaxtda gedəcəklər. Tələsməyə ehtiyac yoxdur, amma vaxtı çatanda sahədə olacaqlar”.

ABŞ Prezidenti həmçinin Vaşinqtonla Tehran arasında əldə olunan razılaşmanı müsbət qiymətləndirərək bildirib ki, bu sənəd İranın nüvə silahı əldə etməsinin qarşısını alacaq. Onun sözlərinə görə, İran da bu məsələdə razıdır.

Tramp əlavə edib ki, İran hazırda iqtisadi çətinliklərlə üzləşir və razılaşma ölkənin iqtisadi vəziyyətinin müəyyən qədər yaxşılaşmasına imkan yarada bilər.
Популярный ролик