Prezidentin yüksək etimadını qazanan Vüsal İbrahimli: Dövlət qulluğunda nümunəvi fəaliyyətin növbəti təsdiqi


Azərbaycan Respublikasında dövlət qulluğunun nüfuzunun artırılması, peşəkar kadrların əməyinin qiymətləndirilməsi və dövlətə sədaqətlə xidmət edən şəxslərin təltif olunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Bu baxımdan Regional Ekologiya sahəsində fəaliyyət göstərən Vüsal İbrahimli Şamil oğlunun "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunması onun uzun illər ərzində göstərdiyi səmərəli fəaliyyətə verilən yüksək dəyər kimi qiymətləndirilir.

23 iyun 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Vüsal İbrahimli Şamil oğlunun bu nüfuzlu medal ilə təltif edilməsi dövlət qulluğunda peşəkarlığın, məsuliyyətin və fədakar əməyin ən yüksək səviyyədə qiymətləndirilməsinin növbəti nümunəsidir.

Ekologiyanın qorunması, təbii sərvətlərin mühafizəsi, ətraf mühitə dəyən zərərlərin qarşısının alınması və ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində görülən işlər ölkənin gələcəyi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu mühüm sahədə çalışan Vüsal İbrahimli öz peşəkarlığı, işinə prinsipial yanaşması və dövlət maraqlarını hər zaman ön planda tutması ilə seçilən dövlət qulluqçularından biri kimi tanınır.

Məhz bu xüsusiyyətlər onun fəaliyyətinə verilən ictimai və peşəkar qiymətin formalaşmasında mühüm rol oynayıb. Dövlət qulluğunda çalışan hər bir şəxs üçün ən böyük mükafatlardan biri dövlət başçısının etimadını qazanmaqdır. Vüsal İbrahimlinin təltif olunması da onun fəaliyyətinin yüksək səviyyədə qiymətləndirildiyini göstərən mühüm göstəricidir.

Bu gün Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, qanunçuluğun təmin olunması və vətəndaşlara keyfiyyətli xidmət göstərilməsi istiqamətində çalışan peşəkar dövlət qulluqçuları cəmiyyət tərəfindən böyük hörmətlə qarşılanır. Vüsal İbrahimli Şamil oğlu da məhz öz fəaliyyəti ilə bu etimadı qazanan, üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirən və dövlət maraqlarını daim üstün tutan şəxslər sırasındadır.

"Dövlət qulluğunda fərqlənməyə görə" medalının təqdim olunması yalnız fərdi uğur deyil, eyni zamanda dövlət idarəçiliyində peşəkarlığın, dürüstlüyün və xidmət ənənələrinin təntənəsidir. Bu təltif Vüsal İbrahimlinin fəaliyyət yolunda əldə etdiyi nailiyyətlərin rəsmi təsdiqi olmaqla yanaşı, gələcək uğurlar üçün də mühüm stimul hesab olunur.

Telexeber.az kollektivi olaraq Vüsal İbrahimli Şamil oğlunu bu yüksək dövlət təltifi münasibətilə təbrik edir, ona gələcək fəaliyyətində yeni uğurlar, möhkəm cansağlığı və dövlətimizə xidmət yolunda daha böyük nailiyyətlər arzulayırıq.
Популярный ролик