Türkiyədə xanım jurnalist həbs olundu

Türkiyədə daha bir jurnalist saxlanılıb.

Telexeber.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. "Cumhuriyet" qəzetinin müxbiri Gülnur Saydamın axşam saatlarında polis tərəfindən həbs olunduğu bildirilib.
Türkiyə mətbuatının yazdığına görə, Gülnur Saydam dünən dərc olunan "Mafiyanın yeni ünvanı İstanbuldurmu?" məqaləsindən sonra hədəfə götürülüb.

Vəkilləri xanım jurnalistin azadlığa çıxması üçün hüquqi prosedura başlayıblar.
Популярный ролик