Bu ölkədə 100 gün sonra ilk dəfə koronavirusa yoluxma aşkarlandı
Facebook
Вконтакте
Одноклассники
Google+
Yeni Zelandiyada 3 aydan sonra ilk dəfə koronavirusa yoluxma halı qeydə alınıb.
Telexeber.az bildirir ki, bu barədə Yeni Zelandiyanın Baş Naziri Yasinda Ardern deyib. Baş Nazir bildirib ki, ölkədə vətəndaşlar arasında 4 yeni yoluxma halı aşkarlanıb. Yoluxmalar eyni ailənin üzvlərində qeydə alınıb və infeksiyaya yoluxma mənbəyi məlum deyil.
Y. Ardern qeyd edib ki, yoluxmanın qeydə alındığı Oklenddə müvəqqəti olaraq yeni məhdudiyyətlər tətbiq olunacaq.
Qeyd edək ki, Yeni Zelandiya COVID-19-la uğurlu mübarizə aparan ölkələr arasındadır. Artıq 102 gün idi ki, ölkədə vətəndaşlar arasında yoluxma halı qeydə alınmırdı.
Mənbə: Sky News