"İrana qarşı yeni hücumlara başladıq" - ABŞ ordusu 10:39 - 14 İyul 2026

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın Hörmüz boğazından keçən ticarət gəmilərini hədəfə alma imkanlarını zəiflətmək məqsədilə ölkəyə qarşı yeni hərbi zərbələrə başlandığını açıqlayıb.



Telexeber.az xarici mediaya istinadən xəbər verir ki, əməliyyatların ABŞ Prezidenti Donald Trampın göstərişi əsasında həyata keçirildiyi qeyd olunub. Bu qərar Trampın İranın bu gecə və sabah sərt şəkildə vurulacağını bəyan etməsindən sonra verilib.


CENTCOM-un yaydığı məlumatda bildirilir ki, həyata keçirilən zərbələr İran qüvvələrinə ciddi itkilər verməklə yanaşı, onların Hörmüz boğazında mülki şəxslərə və ticarət gəmilərinə hücum imkanlarını da zəiflətməyə xidmət edir.

Açıqlamada deyilir: "Bu zərbələr İran qüvvələrinə ağır itkilər verməyə və onların Hörmüz boğazında günahsız mülki şəxslərə, eləcə də ticarət gəmilərinə hücum etmək imkanlarını daha da zəiflətməyə davam edəcək."
Популярный ролик