“Netanyahu ABŞ ərazisində həbs edilməyəcək”

“Binyamin Netanyahu ABŞ-da olduğu müddətdə heç bir şəkildə həbs edilməyəcək”.

Telexeber.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.

Tramp bildirib ki, İsrailin baş naziri hazırda qısa müddət əvvəl günahsız etirazçıları öldürən və son 47 il ərzində amerikalı hərbçilərin ölümünə səbəb olan İran İslam Respublikasına qarşı mübarizə aparır. ABŞ lideri əlavə edib ki, İranı görünməmiş ölüm və dağıntılar burulğanına sürükləyən şəxslər məsuliyyətə cəlb olunmalıdır.
Популярный ролик