Netanyahu Trampın dəvətilə Vaşinqtona səfər edəcək

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın dəvəti ilə iyulun 27-də Vaşinqtona səfər edəcək.



Telexeber.az Report-a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş nazirinin dəftərxanasından bildirilib.


Məlumata görə, B.Netanyahu iyulun 28-də Ağ Evdə Trampla görüşəcək.

Qeyd edək ki, daha əvvəl B.Netanyahunun ABŞ-yə səfərinin iyulun sonuna keçirildiyi bildirilmişdi. Buna səbəb B.Netanyahunun da iştirak etməli olduğu ABŞ senatoru Lindsi Qremin anım mərasiminin ayın sonuna təxirə salınması idi.
Популярный ролик