Mahmud Abbas və Benyamin Netanyahu Türkiyəyə səfər edəcəklər
Facebook
Вконтакте
Одноклассники
Google+
Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas və İsrailin Baş naziri Benyamin Netanyahu gələn həftə üç gün ara ilə Türkiyəyə səfər edəcəklər.
Telexeber.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidmətindən bildirilib.
“Prezident Rəcəb Tayyib Ərdoğan bir həftə ərzində Türkiyədə Fələstin Prezidenti Mahmud Abbas və İsrailin Baş naziri Binyamin Netanyahunu ayrı-ayrılıqda qəbul edəcək. Prezident Ərdoğanın dəvəti ilə ölkəmizə gələcək liderlər aktual regional və qlobal problemlər ətrafında fikir mübadiləsi aparacaqlar”, - deyə məlumatda qeyd olunub.
M.Abbas Türkiyəyə iyulun 25-də, B.Netanyahu isə iyulun 28-də səfər edəcək.