Azərbaycan Prezidenti Türkiyəyə səfər edəcək - TARİX AÇIQLANDI
- 25.10.2021, 10:06,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
"Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 26 oktyabr tarixində Qarabağda, 12 noyabrda isə İstanbulda görüş keçiriləcək".
Telexeber.az xəbər verir ki, bu haqda Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı tviter hesabında yazıb.
"Cənab Prezident İlham Əliyevin "Qardaşım" dediyi zaman kimi nəzərdə tutduğunu hamı çox yaxşı bilir. Prezidentlərimiz bir il ərzində 3-cü dəfə sabah - oktyabrın 26-da Qarabağda, 4-cü dəfə isə noyabrın 12-də İstanbulda görüşəcəklər. Gözləyirik", - səfir qeyd edib.
Xatırladaq ki, noyabrın 12-də İstanbulda Türk Şurası Dövlət başçılarının VIII Zirvə görüşü keçiriləcək.