Ermənistan PKK ilə müqavilə imzalayıb- 300 terrorçu təlim üçün istifadə EDİLİB
Facebook
Вконтакте
Одноклассники
Google+
Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata əsasən Ermənistan PKK ilə müqavilə imzalayıb.
Telexeber.az Haber Global- a istinadən xəbər verir ki, Ermənistan Azərbaycana hücum etməzdən əvvəl terror təşkilatı PKK ilə əvvəlcədən razılaşıb.
Bu razılaşma ilə 300 terrorçu Ermənistana və Qarabağa köçürülüb.
İyul ayının sonunda əldə edilən razılaşmaya əsasən, təxminən 300 terrorçu avtobuslarla Ermənistan və Qarabağa aparılıb. Terror təşkilatı PKK / YPG üzvləri Dağlıq Qarabağdakı erməni milislərinə təlim veriblər.
Təlim görənlər xüsusilə mülki vətəndaşlara qarşı hücumlarda istifadə olunur.