Mövlud Çavuşoğlu: "Azərbaycan istəyərsə, dəstəkləməkdən çəkinməyəcəyik"
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Azərbaycanın atəşkəs elan etməsi üçün Ermənistan işğal altında olan ərazilərdən çıxmalıdır.
Telexeber.az "Haber Global"a istinadən istinadən xəbər verir ki, bu sözləri Mövlud Çavuşoğlu Romada italiyalı həmkarı Luigi Di Maio ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət nəsə iş görmək istəyirsə, Ermənistanı dərhal Azərbaycan torpaqlarından çıxarsın: "Azərbaycan istəsə, dəstəkləməkdən çəkinməyəcəyik. Azərbaycan öz torpaqlarını qorumaq üçün kifayət qədər gücə malikdir. Konkret Türkiyədən dəstək tələbi olmayıb.
Əgər bu problem həll edilməzsə və bizə hər hansı tələb daxil olarsa, bu dəstəyi verməkdən çəkinməyəcəyik. Bu münaqişənin həlli hər şeydən əvvəl Ermənistanın xeyrinə olacaq".