Ermənistanda türk geyimləri satan mağazalar MÜFLİS OLUR?
Facebook
Вконтакте
Одноклассники
Google+
“Ermənistanda türk mənşəli paltar və ayaqqabı satan mağazaların vəziyyəti pisləşib.
Telexeber.az xəbər verir ki, Ermənistanda türk məhsullarını boykot etməyə edilən çağırışlardan sonra malları satılmayan satıcılar müştərilərə hətta kredit ilə məhsul almağı təklif etməyə başlayıblar.
Türkiyədən gətirilən paltar və ayaqqabı satışı ilə məşğul olan mağazalarda a 60-70% endirim elan edilib. Məhsul tamamilə satıldıqdan sonra bu mağazaların bağlanacağı istisna edilmir.
Qeyd edək ki,Türkiyənin Azərbaycana olan qəti və birmənalı dəstəyini heç cür həzm edə bilməyən ermənilər, Türkiyə istehsalı olan məhsulları almaqdan imtina ediblər.
Mənbə:News.arm