Toqquşmalar şiddətləndi: Küçələr cəsədlərlə doludur - Hərbçilər xalqa atəş açır
Facebook
Вконтакте
Одноклассники
Google+
Fevral ayında hərbi çevrilişin baş verdiyi Myanmada toqquşmalar səngimir. Ötən gecə növbəti dəfə şiddətli qarşıdurma baş verib.
Telexeber.az xəbər verir ki, ordu ilə nümayişçilər arasında baş verən toqquşmalarda indiyə qədər 130-dan çox etirazçı həlak olub. Çox sayda yaralı var. Cəsədlər küçələrdə qalıb.Hərbçilər odlu silahdan istifadə etməkdən çəkinmir.
Qeyd edək ki, nümayişçilər ordudan hakimiyyəti təhvil verməsini, həbs olunanların azad edilməsini tələb edir.