ABŞ-dan Rusiyaya qarşı yeni İTTİHAM - Hətta Xameneinin də...
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ kəşfiyyatı Rusiyaya qarşı yeni ittiham irəli sürüb.
Telexeber.az xəbər verir ki, ABŞ Milli Təhlükəsizlik Komissiyasının məxfi hesabatında Rusiya və İranın 2020-ci ildə keçirilən prezident seçkilərinə müdaxilə etdiyi bildirib.
Bu addım Co Bayden barəsində Trampın yaxın çevrəsi və KİV vasitəsilə həqiqətə uyğun olmayan məlumatların yayılması, onun siyasətçi nüfuzuna xələl gətirilməsini düşünülərək atılıb.
Xəbərdə deyilir ki, Rusiya seçki nəticələrini Trampın lehinə dəyişmək üçün Prezident Baydenin namizədliyini ləkələyəcək qədər qarışıqlığın yaranmasına şərait yaradıb.
Hesabatda İranın Rusiyadan fərqli olaraq Trampın yenidən prezident seçilməsinin qarşısını almaq üçün çalışdığı və onun yenidən seçilmə şansını azaltmaq üçün müxtəlif ölçülü gizli təsir səyləri apardığı bildirilib.
İranın Ali Lideri Ayətullah Əli Xamenei tərəfindən təsdiqlənməsi üçün qiymətləndirilən hesabatda, bütün İran rəhbərliyinin bu məsələni dəstəklədiyi və bir çox hökumət nümayəndəsinin bu işlərdə fəal rol oynadığı ifadə edilib.
Mənbə:IHA