İran vətəndaşlarına 39 ölkəyə getmək qadağası qoydu

İran vətəndaşlarına 39 ölkəyə getmək qadağası qoyduKoronavirus pandemiyası ilə əlaqədar olaraq İran hökuməti vətəndaşların 39 ölkəyə səfər etmələrini qadağan edib.

Telexeber.az xəbər verir ki, bu barədə İranın şəhərsalma və yollar naziri Məhəmməd İslami bildirib. Onun sözlərinə görə, Türkiyə və İraqa bütün səfərlər qadağan edilib.

Quru sərhədlə yanaşı, Tehran-İstanbul, Tehran-Bağdad, Tehran-London reysləri də dayandırılıb. Bununla yanaşı, sərhəd-keçid məntəqələrində xüsusi həkim qrupları fəaliyyətə başlayacaq ki, onlar da ölkəyə daxil olanların səhhətini ciddi yoxlayacaqlar.

Ölkədə fəaliyyət göstərən turizm şirkətlərinə ciddi xəbərdarlıq edilib. Şirkətlərə təyyarə biletinin satılması qadağan olunub. İran və Türkiyə ilə sərhəddə yerləşən Xuzestan vilayəti qırmızı zona elan edilib.

Qeyd edək ki, İranda COVID-19 infeksiyasının dördüncü dalğası başlayıb.
Популярный ролик