SON DƏQİQƏ: Rusiyada DƏHŞƏTLİ HADİSƏ: Sərnişin təyyarəsi dənizə düşdü
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiyanın Kamçatka bölgəsində “An-26” sərnişin təyyarəsi radardan itib.
Telexeber.az Tass agentliyinə istinadən xəbər verir ki, təyyarənin dənizə düşdüyü güman edilir. Məlumata görə, “Kamatsk” hava yollarına məxsus təyyarənin göyərtəsində 23 sərnişin və 6 heyət üzvü olub. Petropavlovsk-Kamçatka marşrutu üzrə uçan laynerin eniş zamanı radardan itdiyi deyilir.
Təyyarə radardan itmədən əvvəl pilotlar xəbərdarlıq etməyib. Hazırda axtarış işləri davam edir. Layner 1982-ci ildə istifadəyə verilib.