Tbilisidə hücuma məruz qalan gürcü jurnalist öldü
Facebook
Вконтакте
Одноклассники
Google+
İyulun 5-də Tbilisidə radikal qrupların hücumuna məruz qalan gürcü teleoperator vəfat edib.
Telexeber.az xəbər verir ki, bununla bağlı Gürcüstan İctimai Televiziyası məlumat yayıb.
Bildirilib ki, “Pirveli” telekanalının operatoru Lekso Laşkarava bu gün öz yatağında ölü olaraq aşkarlanıb.
Media təmsilçisinin ölüm səbəbi hələlik açıqlanmayıb.
Gürcüstan Daxili İşlər Nazirliyi teleoperator Laşkaravanın ölümü ilə bağlı “intihar həddinə çatdırma” maddəsi ilə istintaq başlayıb, müvafiq məhkəmə-tibbi ekspertizası təyin edilib.
Media işçisinə hücumla əlaqədar iki nəfəri saxlanılıb.