Türkiyənin Malatya şəhərində arvadından boşanmaq üçün məhkəməyə gedən vətəndaş, avtomobilini gəlin maşını kimi bəzəyib.
Telexeber.az xəbər verir ki, Murat Akdoğan adlı şəxs 13 illik həyat yoldaşından ayrıldığı üçün çox xoşbəxtdir: "Boşandığımız üçün çox xoşbəxtəm. İnsan bəzən ayrılanda da xoşbəxt ola bilir".
Məhkəmə zalının qarşısına gəlin maşını kimi bəzədilmiş avtomobili ilə gələn Akdoğan, boanmadan əvvəl verdiyi açıqlamada bildirib ki,13 illik evliliyi dövründə pis günlər yaşayıb:
"Yaşadığım pis günlər geridə qalır. İnsanların yalnız evləndikləri zaman deyil, boşananda da xoşbəxt ola biləcəyini bildirmək üçün belə bir şey etdim. Evlənəcək bütün gənclərə tövsiyəm yaxşı düşünməkdir. Onlar bilmədən evlənməməlidirlər. Allah heç kimin evini dağıtmasın".