Rusiyada benzin kəskin bahalaşdı

Rusiyada benzin kəskin bahalaşdıRusiyada "Premium-95" benzininin mübadilə qiyməti, tarixi maksimumunu yeniləyib. Belə ki, birjada bu markadan olan benzin 0,6 faiz artaraq bir ton üçün 60,18 min (826 dollar) rubla yüksəlib.

Telexeber.az "TASS"a istinadən xəbər verir ki, son rekord iyulun 22-də qeydə alınıb. Bununla yanaşı "Aİ-92" markalı benzinin də qiyməti kəskin bahalaşıb. Çərşənbə günü keçirilən ticarət zamanı fond indeksi 0,2 faiz artaraq bir ton üçün 56,21 (772 dollar) min rubla yüksəlib. Dizel yanacağının qiyməti də bir qədər artaraq bir ton üçün 50,07 min rubl (687 dollar) həddinə çıxıb. Əksinə təyyarə mühərrikləri üçün yanacaq 0.4 faiz ucuzlaşaraq bir ton üçün 50.74 min rubla düşüb.
Популярный ролик