Əfqanıstanı tərk etmək istəyən ukraynalıların sayı AÇIQLANDI
Facebook
Вконтакте
Одноклассники
Google+
Ukrayna Xarici İşlər Nazirliyi Taliban terror hərəkatı hakimiyyətə gəldikdən sonra Əfqanıstanı tərk etmək istəyən vətəndaşlarının sayını açıqlayıb.
Telexeber.az rus KİV-nə istinadla xəbər verir ki, məlumata görə, təxminən 100 ukraynalı Əfqanıstanı tərk etmək üçün gözləmə mövqeyindədir. Xəbərə görə, Ukraynanın Tacikistandakı səfirliyi mütəmadi olaraq bu adamlarla əlaqə saxlayır. "Ölkəni tərk etmək üçün başqa bir fürsət yarandıqda vətəndaşlar necə hərəkət etmələri barədə təlimat alacaqlar" deyə açıqlamada bildirilir.
Daha əvvəl Əfqanıstandan Ukraynaya insanların təxliyəsi tədbirlərinin uğursuzluqla nəticələndiyi bildirilmişdi.