Araik Arutyunyana sui-qəsd edildi
Facebook
Вконтакте
Одноклассники
Google+
Qarabağdakı erməni separatçıların rəhbəri Araik Arutyunyana sui-qəsd olub.
Telexeber.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə Karen Andriyan yazıb.
Erməni jurnalistin iddialarına görə, Arutyunyana qarşı bu gün səhər saat 11 radələrində Xankəndidə sui-qəsd olub. Məlumatda qeyd olunur ki, Arutyunyan avtomobilindən düşərkən ona silahlı hücum edilib. Nəticə Araik yaralanıb. Xəbərdə bildirilir ki, sui-qəsdi həyata keçirənlər isə “Qayıdan qəhrəmanlar” adlı təşkilatın üzvləridir.
Hələlik Arutyunyanın vəziyyəti ilə bağlı heç bir məlumat yoxdur.
"Hücum edən şəxsin zərərsizləşdirildiyini şəhər sakinləri təsdiq edir", - deyə Karen Andriyan bildirib