Pakistan və Türkiyə razılığa gəldi: Fransaya AĞIR ZƏRBƏ
Facebook
Вконтакте
Одноклассники
Google+
Pakistan Fransa istehsalı sualtı qayıqların yenilənməsi üçün Türkiyə ilə razılığa gəlib.
Telexeber.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb. Türkiyənin Müdafiə Səneyesi naziri İsmail Dəmirin Pakistan sualtı qayıqları ilə bağlı açıqlamasını dəyərləndirən xəbərdə bildirilir ki, bu Fransaya ağır zərbədir.
Qeyd edək ki, İsmail Dəmir “Müdafiə sənayesində siyasi təzyiqlər var. Onların öhdəsindən gəlirik. Məsələn Pakistanın Fransandan aldığı sualtı qayıqların yenilənməsi üçün fransızlar böyük təzyiq göstərdi. Lakin işi türk şirkəti aldı” - deyə bildirmişdi.
Əlavə edək ki, Avstraliya sualtı qayıqlarla bağlı Fransa ilə imzalanmış sazişi pozaraq ABŞ və Böyük Britaniya ilə razılığa gəlmişdi.