Türkiyə ordusu HƏRBİ ƏMƏLİYYATLARA HAZIRLAŞIR: Rusiya buna razılıq verməsə türklər hücuma keçəcək
Facebook
Вконтакте
Одноклассники
Google+
“Türkiyə ordusu Suriyada yeni hərbi əməliyyatlara hazırlaşır”.
Telexeber.az xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən türk rəsmilər Röyters agentliyinə açıqlama verib. Bildirilir ki, Rusiya və ABŞ-la aparılan danışıqlar nəticə verməsə, Türkiyə PKK/YPG-yə qarşı əməliyyatlara başlayacaq. Məlumata görə, Tel Rıfat bölgəsi əsas olmaqla hücumların təşkil edildiyi bölgələrin terrorçulardan təmizlənməsi gündəmdədir.
“Suriyada yeni hərəkatın nə zaman başalayacağı məlum deyil. Lakin Türk silahlı qüvvələri və Milli Kəşfiyyat İdarəsi hazırlıq görür” - deyə açıqlamada bildirilib.
Qeyd edək ki, prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin səbrinin daşdığını Suriyada yeni əməliyyatların başlaya biləcəyini ifadə etmişdi.