Minlərlə əsgər, İHA, helikopter, tank... - ABŞ bölgəyə HƏRBİ QÜVVƏ GÖNDƏRİR
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ Yunanıstanın Aleksandrupolis limanına çox sayda hərbçi və texnika göndərəcək.
Telexeber.az xəbər verir ki, bu barədə Yunanıstan mediası məlumat yayıb. Məlumata görə, hərbi qüvvələrin göndərilməsi təlimlərin keçiriləcəyi ilə bağlıdır. Bildirilir ki, Aleksandrupolis limanına göndəriləcək hərbi qüvvənin sayı bu günə qədər “görünməmiş miqdardadır”. Hərbi qüvvə İHA, tank, top, ağır silahlar, helikopterlər və digər hərbi texnikalardan ibarətdir. Bildirilir ki, Aleksandrupolisdə başlayan təlimlər Rumıniya, Bolqarıstan və Mərkəzi Avropaya qədər uzanacaq.
Qeyd edək ki, ekspertlərin iddiasına görə, ABŞ təlimləri bəhanə edərək, bölgəyə qüvvə toplayır.