Rusiya NATO ilə əlaqələri dayandırır
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiya NATO-dakı missiyasını dayandırır.
Telexeber.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov açıqlama verib. O bildirib ki, noyabrın 1-dən etibarən Moskva NATO təmsilçiliyindəki fəaliyyətini dayandıracaq. Lavrov bəyan edib ki, ehtiyac olarsa tərəflər arasındakı əlaqə Rusiyanın Brüsseldəki səfiri vasitəsilə baş tutacaq.
Qeyd edək ki, NATO Rusiyanın hərbi alyansdakı 8 nümayəndəsinin qeydiyyatını ləğv edib. Rusiyanın addımının buna cavab olduğu bildirilir.