Bazar ertəsi Qlazqoda İqlim konfransının açılışında çıxışından sonra 78 yaşlı ABŞ prezidenti Co Bayden yuxulayıb.
Telexeber.az Daily Mail-ə istinadən bildirir ki, natiqlərdən biri iqlim problemlərinin həlli üçün hərəkətə keçməyin zəruriliyini vurğuladığı zaman Bayden yuxulu görünürmüş. Buna səbəb onun gərgin Avropa turu olub. Bu anları əks etdirən görüntülərdə Bayden gözlərini açmaqda çətinlik çəkdiyi amma sonda tam yuxuladığı görünür. Bu anda köməkçisi ona yaxınlaşıb qulağına nəsə deyəndən sonra Bayden yenidən gözlərini açıb. Həmin görüntüləri təqdim edirik: