İlk dəfə Omikron vəhşi heyvanda aşkar edildi - Bu yolla yayılıb...
Facebook
Вконтакте
Одноклассники
Google+
Nyu Yorkda marallar üzərində aparılan araşdırmada Covid-19-un "Omicron" variantının tapılıb.
Telexeber.az xəbər verir ki, Pensilvaniya Dövlət Universiteti, Nyu-York şəhərinin Parklar və İstirahət Departamenti və "White Buffalo Conservation" qrupunun birgə araşdırması zamanı 131 maraldan təxminən 20-də "Omicron" variantı aşkar edilib. Bu tədqiqat vəhşi heyvanlarda tapılan Covid-19-un "Omicron" variantı üçün bir ilk sayılır.
Marallarda ştamın tapılması heyvanların potensial olaraq COVID-19-u insanlara ötürə və yeni mutasiyalara səbəb ola biləcəyi ehtimalını yaratsa da bu barədə suallara cavab hələ də yoxdur.
Tədqiqatçılar onu da bildiriblər ki, virus çirkab suları və ya meşə yanğınları kimi faktorlar vasitəsilə insanlardan marala keçə bilər.