Biz qoşunlarımızın xeyli hissəsini itirmişik - Peskovdan etiraf
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiya Ukraynada keçirilən xüsusi əməliyyat zamanı xeyli itki verib.
Telexeber.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Britaniyanın “SkyNews” telekanalına müsahibəsində deyib.
“Biz xeyli qoşun itkisi verdik, bu, bizim üçün böyük faciədir”, - deyə Kremlin sözçüsü bildirib.
Martın 25-də Rusiya Müdafiə Nazirliyi xüsusi hərbi əməliyyatlar zamanı 1351 rusiyalı hərbçinin öldürüldüyünü, daha 3825 nəfərin yaralandığını bildirib. Eyni zamanda, Rusiya Federasiyası Müdafiə Nazirliyinin martın 25-də verdiyi məlumata görə, Ukrayna tərəfinin itkiləri 30 min nəfər təşkil edib.