Akar Reznikovla telefonla danışdı
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyənin milli müdafiə naziri Hulusi Akar ukraynalı həmkarı Aleksey Reznikovla telefon danışığı aparıb.
Telexeber.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Akar Ukraynadakı döyüş bölgələrindən quru və dəniz yolu ilə Türkiyə vətəndaşları da daxil olmaqla mülki şəxslərin təcili təxliyə olunmasının vacibliyini diqqətə çatdırıb.
Bundan əlavə, Hulusi Akar qeyd edib ki, Ukraynada dərhal atəşkəs elan edilməlidir.