Zelenski: "Rusiya Ukraynanın cənubunda saxta səsvermə keçirməyi planlaşdırır"

Zelenski: "Rusiya Ukraynanın cənubunda saxta səsvermə keçirməyi planlaşdırır"Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanı qismən işğal olunmuş cənub Xerson və Zaporojjya rayonlarında müstəqillik referendumunu “saxtalaşdırmaq”da ittiham edib. O, oradakı ukraynalılara şəxsi məlumatlarını işğalçı qüvvələrə verməməyi tövsiyə edib.

Telexeber.az "The Guardian"a istinadla xəbər verir ki, Ukrayna prezidenti bu xəbərdarlığı videomüraciətdə edib: “İşğalçılara hansı məlumatları təqdim etdiyinizə çox diqqət edin. Əgər sizdən bəzi anketləri doldurmağınızı, pasport məlumatlarınızı xahiş etsələr, bilməlisiniz ki, bu sizə kömək etmək üçün deyil. Ehtiyatlı olun.”
Qeyd edək ki, xəbərdarlıq Mariupol merinin Rusiyanı 9000-ə qədər mülki şəxsin cəsədini yeni kütləvi məzarlıqda basdırmaqla özünün “barbar” hərbi cinayətlərinə dair sübutları gizlətməkdə ittiham etməsindən sonra gəlib.
Популярный ролик