"Silahları alıb Ukraynaya pulsuz verəcəyik" - Zelenskinin istəyi yerinə yetirilir
Facebook
Вконтакте
Одноклассники
Google+
“Avropa Birliyi Ukraynaya ağır silahlar verəcək”.
Telexeber.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel açıqlama verib. O bildirib ki, silahların detalları ilə bağlı təhlükəsizlik məsələlərinə görə ətraflı məlumat verilməyəcək. Şarl Mişelin sözlərinə görə, Avropa İttifaqı silahları özü alaraq, Ukraynaya pulsuz verəcək.
Qeyd edək ki, Ukrayna tərəfi ölkənin ehtiyacı olan silahların siyahısını Avropa İttifaqına və NATO-ya təqdim edildiyini açıqlamışdı