İstanbulda terror törədən şəxs ələ keçdi

İstanbulda terror törədən şəxs ələ keçdiTürkiyə Gənclik Vəqfinin İstanbulun Qaziosmanpaşa rayonunda yerləşən nümayəndəliyi qarşısında partlayıcı qurğu yerləşdirən şəxs saxlanılıb.

Telexeber.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.
Onun sözlərinə görə, terrorçu polis əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində tutulub.

Xatırladaq ki, partlayış aprelin 21-də baş verib. Partlayış nəticəsində ölən və yaralanan olmayıb. Daha bir terror aktı aprelin 20-də Türkiyənin Bursa vilayətində həbsxana gözətçilərinin xidməti maşınının keçidi zamanı törədilib. Hadisə zamanı bir nəfər həlak olub.
Популярный ролик