Ukrayna ordusu bomba atdı: Komandanımız havaya uçdu - Rus hərbçidən şok etiraf
Facebook
Вконтакте
Одноклассники
Google+
Ukrayna kəşfiyyatı rus hərbçilər arasında baş tutan telefon danışığını dinləyib.
Telexeber.az xəbər verir ki, ruslar öz aralarında danışarkən iki ay ərzində 25900 itki verdiklərini ifadə ediblər. “Daily Mail” qəzetinin məlumatına görə, rus hərbçilər xidmət etdikləri birliyin komandanının da Ukrayna ordusunun hücumu nəticəsində həlak olduğunu ifadə ediblər. "Bomba düşdü, komandan havaya uçdu"- hərbçilərdən biri deyib.
Qeyd edək ki, Rusiya hələlik itkilərini açıqlamır. Bəzi mənbələrə görə, rusların itkiləri arasında generallarla yanaşı 317 yüksək rütbəli zabit var.