İrandan Türkiyəyə qarşı ŞOK PLAN: Sərhədi nəzarətə götürüb türklərin qarşısını almaq istəyirlər

İrandan Türkiyəyə qarşı ŞOK PLAN: Sərhədi nəzarətə götürüb türklərin qarşısını almaq istəyirlərTürkiyə ordusunun İraqın şimalında PKK terrorçularına qarşı təşkil etdiyi uğurlu hərbi əməliyyatlardan sonra İraqın Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmiləri qruplaşmanın liderləri ilə görüş keçirib.

Telexeber.az Türkiyənin “Haber7” qəzetinə istinadən xəbər verir ki, toplantı zamanı iraqlı rəsmilər PKK terrorçularından bölgədən çəkilməyi tələb edib. İraqlı rəsmilər bildiriblər ki, terrorçular geri çəkilməsə Türkiyə ordusu Sincar bölgəsində antiterror əməliyyatlarına başlayacaq. Lakin PKK bölgədən çəkilməyi rədd edib. Toplantıdan sonra İraq ordusu ilə terrorçular arasında qarşıdurma baş verib.
Məlumata görə, qarşıdurma nəticəsində terrorçular bəzi bölgələrdən geri çəkilmək məcburiyyətində qalıblar. Bildirilir ki, İranın müdaxiləsindən sonra toqquşmalar dayanıb və İraq ordusu ələ keçirdiyi bölgələrdən geri çəkilib. İraqın Müdafiə Nazirliyindəki mənbənin iddiasına görə, İranın planı Sincarı özünün dəstəklədiyi Haşdi Şabi qruplaşmasına təhvil verməkdir. İran Haşdi Şabi vasitəsilə Türkiyə sərhədlərində nəzarəti ələ alaraq, həm Suriya həm də İraqla bağlı planlarını Ankaraya qəbul etdirməyi planlaşdırır.
Популярный ролик