ÜST Rusiyadakı ofisini bağlaya bilər
Facebook
Вконтакте
Одноклассники
Google+
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) gələn həftə təşkilatın Moskvadakı regional ofisinin bağlanmasını müzakirə edəcək.
Telexeber.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, ofisin başlanmasını nəzərdə tutan qətnamə Ukraynanın müraciəti əsasında hazırlanıb.
Sənədi Ukraynadan başqa, Fransa, Almaniya və Türkiyə də daxil olmaqla azı 38 ölkə imzalayıb. ÜST-nin regional ofisinin nümayəndəsi "Reuters" agentliyinə bildirib ki, layihəyə mayın 10-da baxılacaq.
Ümumdünya Səhiyyə Təşkilatının Rusiyadakı ofisi 1998-ci ilin dekabrında yaradılıb. Rusiya Federasiyasında təşkilat vərəmlə, HİV-lə mübarizə proqramları həyata keçirir.