Kiyevlə Berlin arasında “buzlar” əriyir
Facebook
Вконтакте
Одноклассники
Google+
Almaniyanın xarici işlər naziri Annalena Berbok yaxın günlərdə Ukraynaya səfər edəcək.
Telexeber.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts Belində Çexiya hökumətinin başçısı Petr Fiala ilə birgə mətbuat konfransında bildirib.
O qeyd edib ki, Berlin və Kiyev arasında bir neçə həftə davam edən fikir ayrılıqlarından sonra Almaniyanın xarici işlər naziri Annalena Burbok tezliklə Kiyevdə olacaq.
Xatırladaq ki, bu gün Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Ukrayna lideri Volodimir Zelenski arasında telefon danışığı olub. İki lider arasında keçmişdə yaşanan anlaşılmazlıq aradan qaldırılıb.
Zelenski almaniyalı həmkarı və kansler Olaf Şoltsu Kiyevə səfərə dəvət edib.
Qeyd edək ki, bir müddət əvvəl Zelenski Ştaynmayeri Kiyevdə qəbul etməkdən imtina etmişdi. Ukrayna liderinin bu addımı Almaniyada etirazla qarşılanmışdı.