İlon Mask Trampın tviter qadağasını ləğv edəcəyini açıqladı

İlon Mask Trampın tviter qadağasını ləğv edəcəyini açıqladı“Tesla” və “SpaceX”in baş direktoru İlon Mask ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı qoyulan tviter qadağasını ləğv edəcəyini açıqlayıb.

Telexeber.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Mask özü bildirib.
"Bu, əxlaqi baxımdan pis və axmaq bir qərar idi. Donald Trampa qadağa qoymaq doğru deyildi, səhv idi", - o deyib.

Qeyd edək ki, Trampın 6 yanvar 2021-ci ildə konqres basqınından sonra tviter və feysbuk kimi sosial media hesabları "basqını təşviq etdiyi" səbəbi ilə tamamilə bağlanıb.
Популярный ролик