Ərdoğan növbəti dəfə bəyan etdi: "Razı olmayacağıq"
Facebook
Вконтакте
Одноклассники
Google+
“NATO təhlükəsizlik təşkilatıdır. NATO-nun təhlükəli yerə çevrilməsinə razı olmayacağıq”.
Telexeber.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiya və İsveçin NATO-ya üzv olmaq istəməsi ilə bağlı müraciətinə belə münasibət bildirib. O deyib:
“NATO müxtəlif vasitələrlə Şərq sərhədlərini gücləndirməyə çalışır. Ukrayna böhranı ilə bağlı atılan addımları, nümayiş olunan davranışları təbəssümlə izləyirik. Biz illərlə terrorla mübarizə aparan NATO ölkəsi olaraq bu cür münasibətlə heç vaxt qarşılaşmadıq. Müttəfiqlərimizdən bizim terrorla bağlı problemlərimizi başa düşmələrini, hörmət etmələrini, mümkündürsə dəstək vermələrini istəyirik”.