Özünə başdaşı düzəltdirən kişi həmin daşla küçəni gəzdi - FOTO
Facebook
Вконтакте
Одноклассники
Google+
Sağ ikən özünə baş daşı düzəltdirən kişi əlində həmin daşla İstanbulun mərkəzi küçələrinə çıxaraq sosial test edib.
beş.az Sputnik Türkiyəyə istinadla xəbər verir ki, Burak Taha adlı kişi qəbir daşını qucağına alaraq İstanbulun Beyoğlu rayonunda, İstiklal caddəsi və Taksimdə dolaşıb.
Özünə, hələ ki, qəbir yeri ala bilmədiyini söyləyən Burak Taha etdiyi hərəkətin "ibrət" məqsədli olduğunu dilə gətirib.
O bildirib ki, insanlar onun bu hərəkətinə müxtəlif reaksiyalar veriblər. Ona dəli kimi baxanlar da olub, tərifləyənlər də.