Rusiya təbii qazı dayandırdı: İki Avropa ölkəsi arasında gərginlik başladı - Əlavə gəlirləri qaytarın
Facebook
Вконтакте
Одноклассники
Google+
Təbii qazın qiyməti ilə bağlı Polşa və Norveç arasında gərginlik yaşanır.
Telexeber.az xəbər verir ki, Polşanın Baş naziri Mateusz Moravieçki Norveçi təbii qazın bahalaşması nəticəsində haqsız gəlir əldə etməkdə ittiham edib. O bildirib ki, Ukraynadakı müharibə səbəbilə təbii qazın qiyməti bahalaşıb və Norveç bu vəziyyətdən istifadə edərək, haqsız gəlir əldə edib. Baş nazir bəyan edib ki, Norveç əldə etdiyi əlavə gəlirləri bölüşdürməlidir.
“Norveçə təbii qaz üçün külli miqdarda pul ödəməliyik? Bir il əvvəl ödədiyimizdən 4-5 dəfə çox. Bunu qəbul edə bilmərik” - deyə Baş nazir qeyd edib. Qeyd edək ki, Rusiya ötən ay Polşaya təbii qaz tədarükünü dayandırıb.