Yunan gəmisi mübahisəli ərazilərə girdi: “Hizbullahdan” xəbərdarlıq - Vuracağıq

Yunan gəmisi mübahisəli ərazilərə girdi: “Hizbullahdan” xəbərdarlıq - Vuracağıq“Hizbullah” təşkilatının lideri Hasan Nasrullah Yunanıstandan Livan-İsrail arasındakı mübahisəli sularda axtarışları dayandırımasını tələb edib.

Telexeber.az xəbər verir ki, onun sözlərinə görə, Yunanıstan mübahisəli ərazilərdə təbii qaz axtarışında olan gəmini geri çəkməlidir. Nasrullah əks təqdirdə gəminin vurulacağına işarə edib. “ Gəmidə baş verə biləcək maddi zərərə görə Yunanıstan məsuliyyət daşıyır” - deyə o bildirib. Qeyd edək ki, İsrail və Livan sərhədindəki bəzi su ərazilərinə hər iki ölkə iddia edir.
Популярный ролик