Əsəd ilk dəfə danışdı: Türkiyə ordusuna qarşı döyüşə bilərik
Facebook
Вконтакте
Одноклассники
Google+
Suriya Prezidenti Bəşər Əsəd Türkiyənin ölkənin şimalında planlaşdırdığı antiterror əməliyyatlarına ilk dəfə münasibət bildirib.
Telexeber.az xəbər verir ki, onun sözlərinə görə, Suriya ordusu bacardığı qədər türklərə qarşılıq verə bilər:
“Təbii ki, Suriya ordusu ölkənin hər yerində mövcud deyil. Lakin Suriya ordusu birbaşa hərbi müdaxilənin mümkün olduğu ərazilərdə qarşılıq verməyə çəkinməyəcək. 2,5 il əvvəl Suriya və Türkiyə orduları qarşı-qarşıya gəlmişdi”.
Qeyd edək ki, Türkiyə Suriyanın şimalında təhlükəsizlik bölgəsi ilə bağlı tədbirlərin tamamlanması üçün hərbi əməliyyat keçirəcəklərini açıqlayıb.