Ukrayna ordusu rusların hücumunun qarşısını aldı

Ukrayna ordusu rusların hücumunun qarşısını aldıUkrayna ordusu Severodonetsk və Toşkovets şəhərlərində Rusiya ordusunun hücumlarının qarşısını alıb.

Telexeber.az xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb. Bildirilir ki, hazırda bölgədə toqquşmalar davam edir. Məlumata görə, Rusiya ordusu Sumi istiqamətində yaşayış yerlərini hədəfə alaraq, ukraynalı hərbçilərin Xarkov istiqamətində irəliləməsinin qarşısını almağa çalışır.


Qeyd edək ki, Severodonetsk şəhərinin 70 faizinin Rusiya ordusunun nəzarətində olduğu barədə məlumatlar yayılıb.
Популярный ролик