Türkiyə İNANILMAZ HƏMLƏYƏ hazırlaşır: Bu yay “çox isti” keçəcək

Türkiyə İNANILMAZ HƏMLƏYƏ hazırlaşır: Bu yay “çox isti” keçəcəkTürkiyə ilə Yunanıstan arasında gərginlik son iki ildə ən yüksək səviyyəyə çatıb.

Telexeber.az xəbər verir ki, Yunanıstanın nüfuzlu qəzeti “Kathimerini” Ankaranın Afinaya qarşı bəzi qərarlar qəbul edə biləcəyini yazıb. Bildirilir ki, Türkiyə Egey dənizində beynəlxalq müqavilələri pozduğuna görə BMT-yə məktub yaza və Yunanıstana nota verə bilər. Türkiyənin ikinci həmləsi isəRodos və Krit adaları arasındakı bölgədə yeraltı sərvətlərin axtarışına başlaması ola bilər.


Yunanıstan mediası yazır ki, Afina Türkiyənin hansı həmlələr edəcəyini dəqiqləşdirə bilməyib. Yunanıstan hökumətindəki mənbələr yerli mediaya açıqlamasında bölgədə hadisələrin daha da gərginləşə biləcəyini və bu yayın “çox isti” keçəcəyini deyib.
Популярный ролик